...

Ermənistan KTMT-yə maliyyə ayırmaqdan imtina etdi

Dünya xəbərləri Materials 31 Mart 2025 15:38 (UTC +04:00)
Ermənistan KTMT-yə maliyyə ayırmaqdan imtina etdi
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyinə təşkilatın maliyyələşdirilməsinə dair sazişi imzalamaqdan imtina etdiyini bildirib.

Trend xəbər verir ki, bu barədə Ermənistan kİV-ləri XİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, KTMT-nin daxili prosedurlarına uyğun olaraq, təşkilatın illik büdcəsi haqqında məlumat ictimaiyyətə açıqlanmayacaq.

“Ermənistan tərəfi KTMT Katibliyinə “KTMT-nin 2024-cü il büdcəsi haqqında” qərarı imzalamadığını və müvafiq olaraq bu təşkilatın fəaliyyətinin maliyyələşdirilməsində iştirak etməyəcəyini rəsmən bildirib”, - Ermənistan XİN-dən bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini bəyan etmişdi ki, Ermənistan 2025-ci ilin sonuna qədər müvafiq rüsumları ödəməsə, KTMT-yə üzv ölkələr vəziyyətin inkişafı üçün müxtəlif ssenarilər nəzərdən keçirə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti