...

İraqda qum qasırğası 1000-dən çox insanı xəstəxanalıq edib

Dünya xəbərləri Materials 15 Aprel 2025 10:25 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İraqın mərkəzi və cənub bölgələrində müşahidə olunan qum qasırğası mindən çox insanda tənəffüslə bağlı problemlərə yol açıb.

Trend xəbər verir ki, bu barədə BBC İraqdan olan səhiyyə rəsmilərinə istinadən məlumat yayıb.

Təkcə Muthanda azı 700 nəfərin tənəffüs çatışmazlığı ilə xəstəxanalara müraciət etdiyi bildirilir. Nəcəf bölgəsində isə 250 nəfər respirator problemlərlə əlaqədar müalicə olunur. Qasırğa görməni məhdudlaşdırdığından bir sıra bölgələrdə hava reysləri təxirə salınıb.

Qum qasırğaları İraq landşaftı üçün səciyyəvi olsa da, ekoloqlar iqlim dəyişikliyi ilə əlaqədar bu cür anomal havaların müntəzəm xarakter almağa başladığını iddia edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti