...

Livanın cənubundan İsrailə edilən hücumun qarşısı alınıb

Dünya xəbərləri Materials 20 Aprel 2025 14:40 (UTC +04:00)

Bakı. Trend:

Livan ordusu bildirib ki, şəxsi heyəti Livanın cənubundan İsrailə planlaşdırılan raket hücumunun qarşısını ala bilib.

Trend-in məlumatına görə, bu barədə "LBCI" televiziya və radio kanalaı xəbər verib.

Məlumata əsasən, reyd zamanı hərbçilər planlaşdırılan aksiya ilə bağlı bir neçə şübhəli şəxsi saxlayıblar. Bir neçə buraxılış qurğusu və raket də ələ keçirilib.

Bildirilib ki, əməliyyat Livandan İsrailə qarşı əvvəlki iki hücumla əlaqədar hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən əvvəlki həbslər sayəsində mümkün olub. Nəticədə hərbi kəşfiyyata yeni hücumun hazırlandığını göstərən məlumatlar daxil olub və hakimiyyət qabaqlayıcı tədbirlər görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti