...

İspaniyada kabellər oğurlandı: 10 min sərnişin yolda qaldı

Dünya xəbərləri Materials 5 May 2025 11:20 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniyada sürətli qatar xəttinin kabellərinin oğurlanması səbəbilə qatarların gediş-gəlişində ciddi gecikmələr müşahidə olunur. Sərnişindaşımada yaranmış böhranlı vəziyyətlə əlaqədar on mindən çox insan yolda qalıb.

Trend xəbər verir ki, bu barədə İspaniyanın dəmir yolları operatoru “Renfe” şirkətinin sədri Alvaro Fernandes öz “X” səhifəsində məlumat paylaşıb.

“Ümumilikdə kabellərin oğurlanması 30 qatara, 10,7 min sərnişinə təsir edib”, - məlumatda qeyd olunur.

Qeyd edilir ki, kabel oğurluğu ilə bağlı insident Madrid və Seviliyanı birləşdirən xəttin dörd müxtəlif yerində baş verib. Yerli hüquq-mühafizə orqanları artıq hadisə ilə bağlı araşdırmaya başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti