Bakı. Trend:
Varşava meri Rafal Tşaskovsku Polşada keçirilən prezident seçkilərinin birinci turunda səslərin 30 faizdən bir qədər çoxunu qazanıb.
Trend-in məlumatına görə, bu barədə Avropa KİV-ləri "exit-poll" nəticələrinə istinadən xəbər veriblər.
Məlumata əsasən, ikinci yeri 29 faiz səslə müxalifətdəki mühafizəkar Hüquq və Ədalət partiyasının nümayəndəsi, Polşa Milli Xatirə İnstitutunun rəhbəri Karol Navrotski tutub.
Beləliklə, ilkin məlumatlara görə, Tşaskovsku və Navrotski ikinci tura yüksələcəklər. İkinci turun iyunun 1-nə keçirilməsi nəzərdə tutulub.