Bakı. Trend:
İspaniyada 2025-ci ilin iyul ayında isti hava şəraiti ilə əlaqədar azı 1060 ölüm halı qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə III Karlos adına Səhiyyə İnstitutunun ölüm hallarının monitorinqi ilə bağlı statistikasında deyilir.
Bildirilir ki, 2024-cü ilin anaoloji dövründə bu göstərici cəmi 674 nəfərdən ibarət idi. 2025-ci ildə iyun və iyul aylarında isti ilə əlaqədar ölən insanların sayı ötən ilin göstəricisi ilə (706 nəfər)müqayisədə az qala 1,5 min nəfərə çatıb.
Krallığın Səhiyyə Nazirliyi 2025-ci ilin iyun ayında orta aylı temperaturun 23,6 dərəcəyə çatdığını bildirib ki, bu öncəki tarixi maksimumla (2017-ci ildə) müqayisədə 0,8 dərəcə çoxdur.
Avqust ayında isə termometrlərin şkalaları bəzi yerlərdə 47,6 dərəcəyə çatıb.