Bakı. Trend:
NATO hərbi komitəsinin rəhbəri admiral Cuzeppe Kavo Draqone Ukrayna münaqişəsinin həllinin “dalana dirəndiyini” etiraf edərək tərəfləri danışıqlara çağırıb.
Trend bu barədə xarici KİV-lərə istinadən xəbər verir.
“Oturub danışmağın vaxtıdır, çünki Ukrayna münaqişəsi insan həyatlarının mənasız itkisidir”, - deyə o bildirib.
Draqone qeyd edib ki, Şimali Atlantika Alyansı Kiyevə dəstəkdən imtina etmək niyyətində deyil.
Admiral bu dəstəyin Ukraynanın uzunmüddətli sülh danışıqları masası arxasında əyləşənədək davam edəcəyini vurğulayıb.
