...

Vişeqrad qrupu ölkələri miqrantların qəbulu ilə bağlı Aİ-nin yeni qaydalarından beynəlxalq məhkəməyə şikayət edəcəklər

Dünya xəbərləri Materials 13 Noyabr 2025 15:00 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vişeqrad qrupu ölkələri – Macarıstan, Çexiya, Slovakiya, Polşa – Avropa İttifaqının miqrasiya paktının həmrəylik mexanizmi çərçivəsində miqrantların qəbulu üzrə öhdəliyi məhkəmədə mübahisələndirmək niyyətindədirlər.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Çərşənbə axşamı qəbul edilmiş qaydalara əsasən, Aİ-yə üzv dövlətlər “miqrasiya təzyiqi altında olan ölkələrin yükünü yüngülləşdirmək”lə bağlı öhdəlik daşıyırlar.

Bunun üç yolu mövcuddur. Məsələn, sığınacaq axtaran şəxsləri qəbul etmək. İkinci variant – hər qəbul edilməyən miqrant üçün 20 min avro məbləğində maliyyə ödənişi edərək xüsusi “həmrəylik fonduna” köçürməkdən ibarətdir. Nəhayət, üçüncü seçim - ən çox miqrantın yerləşdiyi ölkələrə maliyyə dəstəyi göstərməkdir.

Avropa İttifaqı tərəfindən müəyyən edilmiş minimum göstərici 30 min miqrant və 600 milyon avro təşkil edir. Lakin Vişeqrad dördlüyü bütün bu variantları rədd edib və Aİ-nin yeni miqrasiya paktına qarşı məhkəmə iddiaları hazırladığını bəyan edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti