Bakı. Trend:
Çinli geoloqlar ölkənin şimal-şərqində, Lyaonin əyalətində Çin Xalq Respublikasındada ən iri aşağı əyyarlı qızıl yatağı aşkar ediblər. Yataqda 1,44 min ton qiymətli metal ehtiyatı var.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, Dadunqou yatağında qızılın konsentrasiyası orta hesabla hər ton süxurda 0,56 qram təşkil edir.
Uzunluğu 3,1 min kilometrdən çox olan filiz kütləsi 115 metrdən 913 metrə qədər dərinlikdə yerləşir, onun orta qalınlığı 263 metrə, maksimal qalınlığı isə 513 metrə çatır.
