Bakı. Trend:
İstanbul məhkəməsi Denizbankın keçmiş filial direktoru Seçil Erzanı dələduzluq və aldatmada ittiham edərək 102 il 4 ay həbs cəzasına məhkum edib. O, həmçinin 178 min dollar cərimə olunub.
Trend-in məlumatına görə, bu barədə Türkiyənin "NTV" telelviziya kanalı xəbər verib.
Məhkəmə Seçilin yaratdığı fondun yüksək mənfəət adı altında 41 nəfəri aldatdığını müəyyən edib. Fondun investorları arasında məşqçilər və futbolçular Fatih Terim, Arda Turan, Emre Belözoğlu, Fernando Muslera və başqaları olub.
Qeyd edə ki, S.Erzan 2023-cü ilin aprel ayından bəri həbsdədir. O, əvvəlcə 40 milyon dollar və 20 milyon türk lirəsi (cari məzənnə ilə 470 min dollar) məbləğində dələduzluqda ittiham olunurdu. Prokurorlar dələduzluq ittihamları ilə 109 ildən 358 ilə qədər həbs cəzası tələb edib.