Bakı. Trend:
İndoneziyanın Sumatra adasında musson yağışlarının səbəb olduğu daşqın, torpaq sürüşməsi və palçıq axını nəticəsində ölənlərin sayı 712-yə çatıb.
Trend xarici KİV-ə istinadla xəbər verir ki, 507 nəfər itkin düşüb.
Noyabrın 25-dən başlayan şiddətli yağışların səbəb olduğu fəsadlarla əlaqədar adadakı 3 əyalətdən 1,1 milyon nəfər təxliyə edilib. Ölü sayının artma ehtimalı var.
Qeyd edək ki, noyabrın 25-dən bəri musson yağışları Cənubi və Cənub-Şərqi Asiyada böyük fəsadlara səbəb olub. Təbii fəlakət Tailand, Şri-Lanka, Malayziyada yüzlərlə insanın ölümünə səbəb olub, ümumilikdə 4 milyon insanın həyatına təsir edib.