...

Almaniya federal polisi yeni müdafiə bölməsi yaradıb

Dünya xəbərləri Materials 2 Dekabr 2025 21:17 (UTC +04:00)
Almaniya federal polisi yeni müdafiə bölməsi yaradıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Federal Daxili İşlər Nazirliyi dron təhdidlərinə qarşı mübarizəni gücləndirmək məqsədilə federal polisin xüsusi dronlara qarşı müdafiə bölməsini istifadəyə verib.

Trend xəbər verir ki, xüsusi hazırlıq keçmiş əməkdaşlardan ibarət və ən müasir texnologiyalarla təchiz olunan bölmə dronların aşkarlanması, zərərsizləşdirilməsi və tutulması üzrə operativ tədbirlər həyata keçirəcək.

Yeni struktur hibrid təhlükələrə qarşı federal səviyyədə böhran idarəçiliyini gücləndirməklə yanaşı, dəmir yolu, hava və dəniz nəqliyyatının təhlükəsizliyinə mühüm töhfə verəcək. Bölmənin şəxsi heyətinin sayının yaxın zamanda bir neçə yüzə çatdırılması planlaşdırılır.

Mərasimdə çıxış edən Almaniyanın daxili işlər naziri Aleksander Dobrindt bildirib ki, federal polisin yeni bölməsi ölkənin hibrid təhdidlərə sürətli və yüksək texnoloji cavab vermə qabiliyyətini nümayiş etdirir. Nazir vurğulayıb: “Dron təhdidlərinə qarşı aydın prinsipimiz var: aşkarlamaq, qarşısını almaq, tutmaq!”

Nazirliyin məlumatına görə, 2025-ci ilin ilk aylarından federal polisin səlahiyyət zonasında yüzlərlə dron hadisəsi qeydə alınıb və onların böyük hissəsi iri hava limanlarında baş verib. Bu səbəbdən hava limanları ilə yanaşı, ölkə üzrə dron aşkarlama sistemlərinin genişləndirilməsi prioritet elan edilib.

Yaxın günlərdə dronlara qarşı mübarizədə federal və əyalət qurumlarını birləşdirəcək Birgə Dronlara Qarşı Müdafiə Mərkəzinin, eləcə də bu sahədə elmi-tədqiqat aparacaq xüsusi mərkəzin yaradılması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti