...

Litva 2026-cı ildən məcburi hərbi xidməti bərpa edəcək

Dünya xəbərləri Materials 3 Dekabr 2025 02:04 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litva 2026-cı ildən məcburi ilkin hərbi xidməti bərpa etməyi planlaşdırır.

Trend xəbər verir ki, məlumatı ölkənin Silahlı Qüvvələri yayıb.

Məlumatda qeyd olunub ki, çağırış 2026-cı ildə 2 yanvardan 31 dekabra qədər baş tutacaq və təxminən 5000 nəfərin hərbi xidmətə çağırılması nəzərdə tutulub. Bu addım ölkənin müdafiə qabiliyyətini gücləndirmək, kifayət qədər aktiv ehtiyat qüvvəsi saxlamaq və gənclərə lazımi hərbi təlim keçmək imkanları yaratmaq məqsədini daşıyır.

Qeyd olunur ki, daha əvvəl ölkə Seymi hərbi xidmət haqqında qanuna dəyişikliklər edib. Yeniliyə əsasən, 18-22 yaş arası şəxslər doqquz aylıq xidmətə çağırılacaqlar, könüllü xidmət etmək istəyənlər isə 18-39 yaş arası hərbi xidmətə qoşula biləcəklər.

Xəbər lenti

Xəbər lenti