Bakı. Trend:
Google korporasiyasının mütəxəssisləri Android əməliyyat sistemində ümumilikdə 107 təhlükəsizlik boşluğu aşkar ediblər.
Trend-in məlumatına görə, mütəxəssislər aşkar edilən boşluqların aradan qaldırılması üçün xüsusi yeniləmə hazırlayıblar. İstifadəçilər bu yenilənməni dekabrın 5-dən etibarən yükləyə biləcəklər.
Mühəndislər ən təhlükəli boşluqların CVE-2025-48633 və CVE-2025-48572 olduğunu bildiriblər. Hər iki boşluq Android Framework-də imtiyazların artırılması və məlumatlara icazəsiz çıxışla əlaqəlidir.
Qeyd olunur ki, bu boşluqlardan istifadə etməklə smartfonlara uzaqdan hücumlar həyata keçirmək mümkündür. Hakerlərin artıq sözügedən boşluqlardan öz hücumlarında yararlandığı da vurğulanıb.
