Bakı. Trend:
Ukrayna münaqişəsinin həllinə dair İstanbulda danışıqlarını bərpa etmək üçün Rusiya və Ukrayna nümayəndələri ilə təmaslar qurulur.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan telefon danışığı zamanı fransalı həmkarı Emmanuel Makrona deyib.
Ərdoğan bildirib ki,Türkiyə Ukrayna ilə Rusiya arasındakı münaqişənin ədalətli və davamlı sülh ilə başa çatması üçün maksimum səylər göstərir.
O, Türkiyənin “sülh qapısının” ən qısa zamanda açılması üçün mümkün olan hər şeyi etməyə hazır olduğunu diqqətə çatdırıb.
.
