Bakı. Trend:
Polşa, Almaniya və Norveç PURL proqramı çərçivəsində Ukraynaya "Patriot" sistemləri üçün 500 milyon dollar dəyərində raket alacaqlar.
Trend xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Brüsseldə NATO Xarici İşlər Nazirlərinin iclasından sonra jurnalistlərə deyib.
Diplomat əlavə edib ki, satınalmada Varşavanın payı 100 milyon dollar olacaq.