...

Fransa prezidenti ABŞ-nin vizalara qadağa qərarını tənqid edib

Dünya xəbərləri Materials 24 Dekabr 2025 19:00 (UTC +04:00)
Fransa prezidenti ABŞ-nin vizalara qadağa qərarını tənqid edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa prezidenti Emmanuel Makron öz rəsmi “X” səhifəsində ABŞ hakimiyyətinin Aİ-nin daxili bazar və rəqəmsal xidmətlər üzrə keçmiş komissarı Tyerri Bretonun, eləcə də daha bir neçə avropalının ABŞ-a girişini qadağan etmək qərarını pisləyib.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Fransa ABŞ-nin Tyerri Bretona və digər dörd avropalı xadim üçün vizaların məhdudlaşdırılması ilə bağlı qərarını pisləyir”, - Makron yazıb.

O, Tramp administrasiyasının bu qərarını Avropa İttifaqının suverenliyinə münasibətdə rəqəmsal sahədə “xof gəlmə və məcbur etmə aktı” kimi dəyərləndirib.

Fransa lideri vurğulayıb ki, Vaşinqtonun tənqid etdiyi Avropa İttifaqının rəqəmsal tənzimləməsi Avropa Parlamenti və Aİ Şurası tərəfindən “demokratik və suveren prosesin nəticəsi olaraq” qəbul edilib. Makron qeyd edib ki, bu tənzimləmə platformalar arasında “ədalətli rəqabəti” təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti