...

İsveçrədə xizək kurortunda baş verən yanğına şamların səbəb olduğu ehtimal edilir

Dünya xəbərləri Materials 2 Yanvar 2026 10:30 (UTC +04:00)

Bakı. Trend:

İsveçrənin məşhur Krans-Montana xizək kurortunda Yeni il gecəsi baş verən dəhşətli yanğında həlak olanların əksəriyyətinin gənclər olduğu bildirilir.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, artıq onların şəxsiyyətlərinin müəyyənləşdirilməsinə başlanılıb.

Hadisənin səbəbi hələ dəqiq məlum deyil. İsveçrə hakimiyyəti yanğının hücum deyil, qəza nəticəsində baş verdiyini bildirir. İlkin ehtimallara görə, barın zirzəmisində tavanın şamların qığılcımlarına çox yaxın olması yanğına səbəb ola bilər.

Hadisə müasir İsveçrənin ən ağır faciələrindən biri kimi qiymətləndirilir. Krans-Montana meri Nikolas Fero bildirib ki, əsas məqsəd bütün həlak olanların kimliyini dəqiqliklə müəyyənləşdirməkdir. Valais kanton hökumətinin başçısı Matias Reynar isə məlumatların həddən artıq həssas olduğunu, ailələrə yalnız tam dəqiqlik əldə edildikdən sonra məlumat veriləcəyini vurğulayıb.

Xarici ölkələrin səfirlikləri ölən və yaralananlar arasında öz vətəndaşlarının olub-olmadığını araşdırmağa başlayıb.

Qeyd edək ki, İsveçrənin Alp dağlarında yerləşən məşhur xizək kurortu Krans-Montanada 2026-cı il yanvarın 1-nə keçən gecə, saat 01:30 radələrində “Le Constellation” adlı ikimərtəbəli barda partlayış baş verib. Hadisə nəticəsində təxminən 40 nəfər həyatını itirib, 100-dən çox insan isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti