...

ABŞ Konqresi güclü haker hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 8 Yanvar 2026 10:15 (UTC +04:00)
ABŞ Konqresi güclü haker hücumuna məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çindən olan haker qrupu ABŞ Konqresinin əsas komitələrinin əməkdaşlarına aidə elektron poçt ünvanlarını sındırıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Hücumun arxasında Çin hökuməti ilə əlaqələrinin olduğu deyilən “Salt Typhoon” qruplaşmasının durduğu ehtimal edilir. Məlumata görə, kiberhücum hədəfinə çevrilmiş komitələr arasında Konqresin xarici işlər, kəşfiyyat və silahı qüvvələr üzrə komitələri də yer alır.

Hakerlərin konqresmenlərinə elektron poçtlarına çıxış əldə edib-etmədikləri hələ ki, məlum deyil. Virtual hücumun izlərinin 2025-ci ilin dekabr ayında üzə çıxdığı bildirilir. Konqres məlumatı rəsmi olaraq təsdiqləməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti