...

Donald Tramp 2028-ci il prezident seçkilərində iştirak imkanını istisna etməyib

Dünya xəbərləri Materials 28 Yanvar 2026 04:55 (UTC +04:00)
Donald Tramp 2028-ci il prezident seçkilərində iştirak imkanını istisna etməyib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək prezident seçkilərində iştirak ehtimalını yenidən istisna etmədiyini bildirib.

Trend xəbər verir ki, bu barədə Donald Tramp Ayova ştatının De-Moyn şəhərinə işgüzar səfəri zamanı tərəfdarları ilə görüşündə danışıb.

“Reytinqlərimiz əladır, indiyədək olduğundan daha yaxşıdır. Sadəcə bunu düşünün. Əgər yenidən namizəd olacağamsa, buna sevinən kimsə olacaqmı?” – deyə Tramp toplaşanların alqışları və təsdiqləyici nidaları fonunda bildirib.

Ağ Evin rəhbəri eyni zamanda Respublikaçılar Partiyasının 2026-cı ilin noyabrında keçiriləcək aralıq konqres seçkilərində qələbə qazanacağına ümid etdiyini də vurğulayıb.

Xəbər lenti

Xəbər lenti