Bakı. Trend:
Kolumbiya Prezidenti Qustavo Petro Venesuelanın keçmiş dövlət başçısı Nikolas Maduronun ABŞ tərəfindən tutulması və orada məhkəməyə çıxarılmasına münasibət bildirib və onun Venesuelaya geri qaytarılmasını tələb edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, Petro bu fikri Boqotada etdiyi çıxışda səsləndirib.
O qeyd edib ki, Maduro ABŞ tərəfindən deyil, yalnız Venesuela məhkəməsi tərəfindən mühakimə olunmalıdır.
Xatırladaq ki, Maduro ABŞ qüvvələri tərəfindən Karakasda keçirilən xüsusi əməliyyat nəticəsində tutulub.
