...

Fransada dövlət qulluqçularının “Zoom”dan istifadəsi qadağan ediləcək

Dünya xəbərləri Materials 28 Yanvar 2026 13:30 (UTC +04:00)
Fransada dövlət qulluqçularının “Zoom”dan istifadəsi qadağan ediləcək
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransa hökuməti dövlət qulluqçularının ABŞ-a məxsus videokonfrans platformalarından, o cümlədən “Zoom”, “Microsoft Teams” və “Google Meet”dən istifadə etməsini qadağan etməyi planlaşdırır.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Politico”ya Fransa hökumətinin nümayəndəsi məlumat verib.

Qəzetin məlumatına görə, yaxın günlərdə məmurları öz videokonfrans xidməti “Visio”dan istifadə etməyə məcbur edən göstəriş dərc ediləcək. Platforma Fransa şirkəti “Outscale”in infrastrukturunda fəaliyyət göstərir və artıq dövlət orqanlarının təxminən 40 min əməkdaşı tərəfindən istifadə olunur.

Hökumət istifadəçi sayını 250 min nəfərə çatdırmağı planlaşdırır. Bundan savayı dövlət müəssisələrində və qurumlarında xarici alternativlərə texniki baxımdan giriş məhdudiyyətinin qoyulacağı istisna edilmir.

Xatırladaq ki, bundan əvvəl Fransa dövlət orqanlarında “WhatsApp”dan və “Telegram”dan istifadə məhdudlaşdırılıb və milli messencer olan “Tchap” istifadəyə keçiilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti