...

Türkiyədə İrana casusluqda şübhəli bilinən şəbəkə ifşa olundu – Saxlanılanlar var

Dünya xəbərləri Materials 28 Yanvar 2026 14:40 (UTC +04:00)
Türkiyədə İrana casusluqda şübhəli bilinən şəbəkə ifşa olundu – Saxlanılanlar var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə hüquq-mühafizə orqanları İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) maraqları naminə məlumat toplamaqda şübhəli bilinən casus şəbəkəsini ifşa ediblər.

Trend bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, İranın xeyrinə casusluqda ittiham olunan altı nəfər saxlanılıb.

Saxlanılma əməliyyatları Türkiyənin Milli Kəşfiyyat Təşkilatının əməkdaşları və polisinin terrorla mübarizə bölməsi tərəfindən İstanbul, Van, Samsun, Yalova və Ankarada əlaqələndirilmiş şəkildə həyata keçirilib.

"TRT" telekanalının qeyd etdiyinə görə, bu şəxslər Türkiyədəki hərbi bazalar və strateji əhəmiyyətli obyektlər barədə məlumat toplayıblar. Onlar Adana vilayətində yerləşən İncirlik aviabazası ətrafında kəşfiyyat və müşahidə fəaliyyəti aparıb, toplanmış məlumatları İran kəşfiyyatına ötürüblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti