Bakı. Trend:
İran rəhbərliyi nüvə silahı əldə etməyə çalışmamalıdır, çünki ABŞ Silahlı Qüvvələri prezident Donald Trampın istənilən əmrini yerinə yetirməyə hazır olacaq.
Trend-in məlumatına görə, bu barədə Pentaqon katibi Pit Heqset Ağ Evdə deyib.
"Düşmənlərimizin bizi necə qəbul etdiyini yenidən formalaşdırmalıyıq. Prezident Tramp İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyimizi, nüvə bombanızın olmayacağını deyəndə, ciddi şəkildə deyib", - deyə o bildirib.
"Eyni şey indi İranla da baş verir. Biz onlara razılığa gəlmək üçün bütün variantları təqdim edirik. Onlar nüvə silahı əldə etməyə çalışmamalıdırlar. Biz bu prezidentin müdafiə nazirliyindən gözlədiyi hər şeyi yerinə yetirməyə hazır olacağıq", - deyə o əlavə edib.