Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makron Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə mümkün telefon danışığının hazırlandığını və bunun faydalı olacağını bildirib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Buna hazırlıq üçün texniki səviyyədə müzakirələr aparılır. Bu proses həmçinin şəffaf şəkildə, Ukrayna Prezidenti Volodimir Zelenski ilə və əsas Avropa tərəfdaşlarımızla məsləhətləşmələr əsasında həyata keçirilir”,– Makron jurnalistlərə açıqlayıb.
Qeyd edək ki, yanvarın əvvəlində Makron Prezident Putinlə danışıqlar aparmağı planlaşdırdığını bildirmişdi. O, “France 2” telekanalına verdiyi müsahibədə “bu əlaqənin bərpası üzərində iş aparıldığını və danışıqların yaxın həftələrdə təşkil olunacağını” söyləmişdi.
