Bakı. Trend:
ABŞ bazar ertəsi günü hava qüvvələrini gücləndirmək üçün Yaxın Şərqə əlavə 18 ədəd beşinci nəsil "F-35A Lightning II" gizli qırıcı təyyarəsi yerləşdirib.
Trend-in məlumatına görə, bu barədə "Itamilradar" portalı xəbər verib.
Amerika qırıcı təyyarələri Böyük Britaniyadakı Leyknhit aviabazasından havaya qalxıb. Onların Yaxın Şərqə uçuşuna KC-"135 Stratotanker" tanker təyyarələri təmin edib.
Qeyd edilib ki, bu, Amerika döyüş təyyarələrinin regiona eyni vaxtda ən böyük yerləşdirilmələrindən biridir. Onun miqyası İranla artan gərginlik fonunda ABŞ-ın Yaxın Şərqdəki hərbi potensialının kəskin artmasını nümayiş etdirir.