Kaliforniyada meşə yanğını təxminən 300 hektara ərazini əhatə edib

Hadisə Xəbər 4 Oktyabr 2026 03:52 (UTC +04:00)
Kaliforniyada meşə yanğını təxminən 300 hektara ərazini əhatə edib

Bakı. Trend:

ABŞ-nin Kaliforniya ştatında başlayan meşə yanğını 287 hektar (2,87 kvadrat kilometr) ərazini əhatə edib.

Bu barədə ştatın yanğınsöndürmə xidmətinin məlumatlarında bildirilib.

Məlumata əsasən, təbii fəlakət Los-Anceles dairəsində qeydə alınıb. Yanğının başvermə səbəbi hələ müəyyən edilməyib. Yerli hakimiyyət orqanları yaxınlıqdakı bir neçə yaşayış məntəqəsinin sakinlərinin təxliyəsinə qərar verib.

“New York Post” qəzeti bildirib ki, yanğınsöndürənlər alovla həm quruda, həm də havadan mübarizə aparırlar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti