...

ERMƏNİSTAN TƏRƏFİ PARİSDƏ DAĞLIQ QARABAĞ ÜZRƏ XÜSUSİ KOMİTƏDƏ KEÇİRİLƏN DİNLƏMƏLƏRDƏN MƏMNUNDUR

Dünya xəbərləri Materials 13 Sentyabr 2005 20:25 (UTC +04:00)

(Reqnum) - AŞPA-da Ermənistan nümayəndə heyətinin başçısı, Ermənistan parlamentinin vitse-spikeri Tiqran Torosyan Parisdə AŞPA-nın Dağlıq Qarabağ üzrə xüsusi komitəsindəki dinləmələri müsbət qiymətləndirir.

Ermənistan parlamenti mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunur ki, dinləmələrdə Britaniyanın "Linsi" QHT-nın Cənubi Qafqazda parlament təşəbbüsləri çərçivəsində öz fəaliyyəti sayəsində erməni ictimaiyyətinə də yaxşı tanış olan nümayəndəsi Denis Samut münaqişənin əvvəlki dövrünü və hazırkı vəziyyəti təqdim edib. "Məruzə maraqlı idi və münaqişə haqqında obyektiv fikir formalaşdırırdı" -deyə məlumatda Tiqran Torosyana istinadən bildirilir.

Tərəflərin mövqeyi Ermənistan XİN-nin şöbə rəisi Varujan Nersisyan və Azərbaycan XİN başçısının müavini Araz Əzimov tərəfindən təqdim olunub.Sonra ATƏT-in Minsk qrupunun həmsədrləri Bernar Fasye (Fransa) və Yuri Merzlyakovun (Rusiya), eləcə də amerikalı həmsədr Stiven Mənnin çıxışları olub.

"Həmsədrlərin çıxışlarının əsas ideyası ondan ibarət idi ki, həmin problemin yalnız ərazi bütövlüyünə yaxud xalqların öz müqəddəratını təyin etmə hüququ prinsipinə əsaslanaraq həll edilməsi mümkün deyil, Helsinki sazişinin hər iki prinsipinin tətbiq edilməsi zəruridir" - deyə məlumatda bildirilir.

Həmçinin ATƏT-in hazırkı başçısının şəxsi nümayəndəsi Ancey Kasprşik və ATƏT-in Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker çıxış edib.Sonuncu Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən geniş muxtariyyət verilməsi yolu ilə problemin həll edilməsi imkanına diqqəti yönəldib.

AŞ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Heyki Talvitie də öz nöqteyi-nəzərini diqqətə çatdırıb. "Bununla Rusiya nümayəndə heyətinin rəhbəri Konstantin Kosaçevin çıxışına yer ayırmaq lazımdır.

O, qeyd deib ki, münaqişələrin müxtəlif səbəbləri vardır və burada müxtəlif qərarlar olmalıdır.Eyni zamanda o, qeyd edib ki, AŞ ATƏT-in hərəkətini təkrar etməməlidir, qərar isə həm ərazi bütövlüyünü, həm də xalqların öz müqəddəratını təyin etmə hüququnu nəzərə almalıdır" -deyə Torosyan qeyd edib.

Xəbər lenti

Xəbər lenti