...

Litva Mazeikiu Nafta –nın səhmləri üzrə sövdələşməni dondurub

Dünya xəbərləri Materials 17 Aprel 2006 14:10 (UTC +04:00)

Litva hökuməti qeyri-müəyyən vaxtadək YUKOS-a məxsus olan Mazeikiu Nafta şirkətinin səhmlərinin 53,7% -nin əldə olunması üzrə sövdələşməni qeyri-müəyyən vaxtadək dondurub.

Trend"in verdiyi xəbərə görə, müvafiq qərar bu ərəfədə Litva hökumətinin Nyu-York Federal Məhkəməsinin çıxardığı qərarı aldıqdan sonra qəbul olunub. İndi sövdələşmə aprelin 21-nə kimi, məhkəmə YUKOS-un müvəqqəti işlər müdiri Eduard Rebqunun şirkətin müflisləşməsi üzrə iddiasının müzakirəsinə başlayana kimi davam edə bilər.

Xatırladaq ki, Nyu-York məhkəməsi aprelin 14-də "YUKOS" neft şirkətinin könüllü olaraq müflisləşdiyini bəyan etməsindən sonra onun aktivlərinin satışına qoyulan müvəqqəti qadağa tətbiq edib. Manhetten məhkəməsinin müvafiq göstərişi Litva hökumətinə səhmlərinin 53,7%-i YUKOSa məxsus olan Mazeikiu Nafta şirkətinin mümkün satışını bağlamağa, eləcə də YUKOSa NŞ-nin Rusiya tərəfindən müflisləşməsinin tanınacağı halda şirkətin xarici səhmlərinin satışından qaçmağa imkan verir.

Xəbər lenti

Xəbər lenti