...

Gürcüstan Milli Bankının videomüşahidə sistemi sıradan çıxıb

Dünya xəbərləri Materials 20 Aprel 2006 16:22 (UTC +04:00)

Gürcüstan Milli Bankına gecə baş vermiş yanğın nəticəsində 150 min lari həcmində zərər dəyib. Trend agentliyinin məlumatına əsasən, qısa qapanma nəticəsində baş vermiş yanğında bankın vidiomüşahidə sistemi sıradan çıxıb.

Baş nazir Zurab Noqaideli və Vaşiqtona bu gün yola düşən Milli Bankın prezidenti Roman Qotsiridze gecə hadisə yerinə gəlib.

Baş nazir vurğulayıb ki, yanğınsöndürənlər vaxtında gəlib yanğını söndürdüyü üçün bankın kompüter və təhlükəsizlik sisteminə ziyan dəyməyib. "Ziyanın həcmi hesablanıb, lakin indi yanğının səbəblərini araşdırmaq lazımdır" - deyə o bildirib.

Qotsiridze isə hesab edir ki, 150 min lari həcmində zərər böyük deyil, bundan da pis ola bilərdi.

Bir ay əvvəl qısa qapanma üzündən Milli Bankla üzbəyüzdə yerləşən münaqişələrin nizamlanması üzrə dövlət naziri Giorgiy Xaindravanın ofisi yanıb. Yanğın söndürənlərin fikrincə, 100 il əvvəl çəkilmiş xəttlər bu baxımdan çox təhlükəlidir. Bu barədə "Kavkaz-Press" agentliyi xəbər verir.

Xəbər lenti

Xəbər lenti