...

Yaxın bir neçə həftə ərzində İran ölkədə iki atom elektrik stansiyasının tikintisi üzrə tender elan edəcək

Dünya xəbərləri Materials 24 Aprel 2006 10:42 (UTC +04:00)

Yaxın bir neçə həftə ərzində İran ölkədə iki atom elektrik stansiyasının tikintisi üzrə tender elan edəcək. Belə bəyanatla İranın Beynəlxalq Atom Enerji Agentliyindəki (MAQATE) nümayəndəsi Əli Asqar Soltani Moskvada çıxış edib. Bi-bi-sinin xəbər verdiyi kimi, hazırda Rusiya Buşerada İran üçün 1-ci atom stansiyasının tikintisini başa çatdırır.

Xatırladaq ki, bu gün İranın MAQATE-dəki nümayəndəsi bildirib ki, Tehran və Moskva Rusiya ərazisində uranın zənginləşdirilməsi üzrə müştərək müəssisənin yaradılması ilə bağlı razılaşma əldə edib. Bununla yanaşı, Ə.A.Soltaninin sözlərinə görə, hətta bu halda belə İran öz ərazisində işləri davam etdirmək niyyətindədir. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti