...

Qazaxıstan Milli Bankı valyuta bazarında iştirakını ixtisara salıb

Dünya xəbərləri Materials 25 Aprel 2006 15:44 (UTC +04:00)

Qazaxıstan Milli Bankı çərşənbə axşamı kursda kəskin enib-qalxmalara yol vermədən yerli valyuta bazarında əməliyyatları ixtisara salıb.

Ötən həftə tengenin dollara nisbətdə məzənnəsi kəskin (122,92) möhkəmlənib. Dilerlər bunu baş operatorun, yəni Mərkəzi bankın valyuta intervensiyalarını dayandırması ilə izah edirlər.

Milli valyutanın kəskin möhkəmlənməsi Qazaxıstan prezidentinin hökumətə və Milli Banka proqnoz çərçivələrdən kənara çıxmaq təhlükəsi yaradan inflyasiyanı cilovlamaqla bağlı tələbləri fonunda baş verib.

"Milli bank inflyasiyanın nizamlanması üzrə əməliyyatların səmərəliliyini artırmaq məqsədilə gələcəkdə də üzən mübadilə kursu rejimini dəstəkləmək və daxili valyuta bazarında xarici valyutalarla əməliyyatların həcmini azaltmaq niyyətindədir", - deyə Mərkəzi bankın rəhbəri Ənvər Saydenovun brifinqi ərəfəsində yaydığı press-relizdə bildirilir. Sənəddə daha sonra bldirilir: " Bununla yanaşı, Milli Bank mübadilə kursunda iqtisadiyyatda sabitliyi aradan qaldıra biləcək kəskin sıçrayışlara da yol verməyəcək". Bu barədə Reuters məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti