...

Robert Koçaryan Ermənistanın müdafiə nazirini təyyarənin qəzaya uğradığı yerə göndərib

Dünya xəbərləri Materials 3 May 2006 15:23 (UTC +04:00)

Mayın 3-də Ermənistan prezidenti Robert Koçaryan İrəvan-Soçi reysini yerinə yetirən, "Armavia" aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar müşavirə keçirib.

Prezidentin mətbuat xidmətindən Mediamaksa verilən məlumata görə, R.Koçaryan Ermənistan-Rusiya hökumətlərarası komissiyasının həmsədri, müdafiə naziri Serj Sarkisyanın qəzanın səbələrini yerində öyrənmək üçün Rusiyaya göndərilməsi haqqında qərar çıxarıb.

Trend in xəbər verdiyi kimi, həmçinin, Ermənistanın ərazi idarəçiliyi üzrə nazirinin sədrliyi ilə xüsusi komissiyanın yaradılmasına da dair qərar qəbul edib. Komissiya həlak olanların dəfninin təşkili məsələləri ilə məşğul olacaq.

Ermənistanın baş prokuroru bildirib ki, qəza faktı üzrə cinayət işi qaldırılıb. Müvafiq idarələrin rəhbərlərinə istintaqın gedişi ilə bağlı ölkə prezidentinə müntəzəm məlumat vermək tapşırılır. Bu barədə Mediamaks xəbər verir.

Xəbər lenti

Xəbər lenti