...

M.Ə.Nejad: Beynəlxalq sazişlər dövlətin qanuni maraqlarını müdafiə etmirsə, o zaman bu sənədlər qanuni qüvvəsini itirir

Dünya xəbərləri Materials 8 May 2006 13:40 (UTC +04:00)

Beynəlxalq sazişlər dövlətin qanuni maraqlarını müdafiə etməlidir. Əks halda bu sazişlər özünün qanuni qüvvəsini itirir. Bu barədə İran prezidenti Mahmud Əhmədi Nejad bəyan edib. İran lideri bu sözləri ölkə parlamentinin çıxmaqla hədələdiyi nüvə silahının yayılmaması haqqında Müqavilə ilə bağlı söyləyib. "Əgər beynəlxalq sazişin imzalanması hər hansı dövlətin hüquqlarının pozulmasına gətirib çıxarırsa, o zaman bu dövlət öz qərarını təkrar nəzərdən keçirir və həmin müqavilə öz qüvvəsini itirir ", - deyə prezident qeyd edib.

Trend in xəbər verdiyi kimi, M.Ə.Nejad növbəti dəfə təkrarlayıb ki, iranlılar planetdə sülh və sabitliyin tərəfdarıdır və Tehranın nüvə proqramı heç bir ölkə üçün təhlükə yaratmır. Bu barədə IRNA xəbər verir.

İran lideri BMT Təhlükəsizlik Şurası tərəfindən İranla bağlı sərt qətnamənin qəbul olunmasında təkid edən Qərb ölkələrini tənqid edib. "Düşmənlər güman edir ki, onların BMT TŞ tərəfindən təqdir ediləcək qanunsuz qərarları qüvvəyə minəcək", - deyə M.Ə.Nejad vurğulayıb. Bu barədə RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti