...

Sergey Kiriyenko: Tehranla uranın zənginləşdirilməsi üzrə müştərək müəssisən yaradılması ilə bağlı danışıqlar aparmağa ehtiyac yoxdur

Dünya xəbərləri Materials 11 May 2006 15:15 (UTC +04:00)

"Rosatom"un rəhbəri Sergey Kirienko bəyan edib ki, Rusiyanın İranla uranın zənginləşdirilməsi üzrə müştərək müəssisə yaradılması ilə bağlı təklifi "necə var, eləcə də qalıb", ancaq öz aktuallığını itirməyib.

"Hazırda diplomatik danışıqlar aparılır, İranla qarşılıqlı əlaqələrdə texniki problemlər yoxdur. Müştərək müəssisənin yaradılması ilə bağlı isə əlavə danışıqlar aparılmır. Çünki buna ehtiyac yoxdur", - deyə S.Kiriyenko jurnalistlərə bildirib.

Trend in xəbər verdiyi kimi, o xatırladıb ki, "müştərək müəssisənin yaradılmasına dair təklif paket sazişinin bir hissəsi olub. Bu təklif gərginliyi aradan qaldırmaq, İranda uranın zənginləşdirilməsinə yol verməmək üçün bir müddət əvvəl aktual idi". Onun sözlərinə görə, bu təklif "necə var, eləcə də qalıb". Ancaq "hazırda məsələ başqadır", - deyə S.Kiriyenko vurğulayıb. Bu barədə İTAR-TASS xəbər verir.

Xəbər lenti

Xəbər lenti