...

K.Rays: ABŞ ilə Rusiya arasında yaxşı münasibətlər qorunub saxlanılır

Dünya xəbərləri Materials 23 May 2006 16:21 (UTC +04:00)

"ABŞ ilə Rusiya arasında yaxşı münasibətlər qorunub saxlanılır". Bunu ABŞ dövlət katibi Kondoliza Rays Boston kollecinin tələbə qəzetinə müsahibəsində bildirib. "Biz Rusiya ilə bir çox məsələlər üzərində işləyirik" - deyə o qeyd edib.

Trend agentliyinin "PRAYM-TASS"a istinadən yaydığı məlumata əsasən, Rusiyanı təbii enerji sərvətlərindən qonşu ölkələri hədələməkdə gunahlandıran ABŞ vitse-prezidenti Riçard Çeynin nitqini şərh edən K.Rays deyib ki, Birləşmiş Ştatlar bu məsəllər haqqında Moskva ilə açıq danışır.

Rusiyada vətəndaşların fərdi azadlıqlarının müdafiəsi mövcuddur, lakin ABŞ demokratiyanın bərqərar olması, məhkəmə hakimiyyətinin müstəqilliyi və qanunverici hakimiyyətin həqiqiliyi narahat edir. "Və biz gördüyümüz həqiqəti deməliyik" - deyə K.Rays əlavə edib.

"Prezident Corc Buşun bildirdiyi kimi, heç kim Rusiya ilə işləməkdən imtina etmir, biz bilirik ki, bu ölkə artıq Sovet İttifaqı deyil" - deyə K.Rays vurğulayıb. Bununla yanaşı, ABŞ dövlət katibi qeyd edib ki, əgər Rusiya etibarlı enerji təchizatçısı sayılmaq istəyirsə, alıcıları siyasi göstərişlərlə deyil, bazar qaydaları ilə hərəkət etdiyinə inandırmalıdır.

Xəbər lenti

Xəbər lenti