...

GUAM ölkələri azad ticarət zonasının yaradılması haqqında protokol imzalayıb

Dünya xəbərləri Materials 23 May 2006 17:45 (UTC +04:00)

Mayın 23-də GUAM ölkələri (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova)Kiyevdə azad ticarət zonasının yaradılması haqqında protokol imzalayıb. Bu barədə Ukrayna prezidenti Viktor Yuşenko təşkilat ölkələrinin liderləri İlham Əliyev, Mixail Saakaşvili və Vladimir Voroninlə birgə mətbuat konfransında bildirib.

"Biz uzun müddət buna doğru addımlamışıq və bu gün azad ticarət zonasının yaradıldığını bəyan edə bilərik ", - deyə V.Yuşenko bildirib. Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, o, GUAM ölkələrinin "sərhəd və gömrük xidmətlərinin unifikasiyasını" növbəti mərhələ adlandırıb. "Bu, Avropaya inteqrasiyaya doğru aparan mükəmməl yoldur", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti