...

Qazaxıstandan Atasu-Alaşankou neft kəməri ilə nəql edilən xam neft partiyası Çinə daxil olub

Dünya xəbərləri Materials 25 May 2006 11:29 (UTC +04:00)

Qazaxıstandan Atasu-Alaşankou neft kəməri ilə nəql edilən xam neft partiyası Çinə daxil olub.

Beləliklə, bu neft kəmərinin rəsmi surətdə istismarı başlayıb. Bu barədə Trend RBK-ya istinadən xəbər verir.

Aprelin 25-də "Transneft"in prezidenti Semyon Vaynştok bildirib ki, 2006-cı ildə Rusiya şirkətləri tərəfindən Atasu - Alaşankou kəməri ilə neft nəqlinin həcmi 1,3 mln t təşkil edəcək.

Uzunluğu 988 km, borusunun diamerti 0,81 m olan Atasu - Alaşankou neft kəmərinin tikintisinə 2004-cu ilin sentyabrında başlanıb. $800 mln dəyərində olan bu layihəni CNPC və "KazMunayQaz" gerçəkləşdirib. Bunun üçün "Qazaxıstan-Çin boru kəməri" müştərək şirkəti yaradılıb. Maliyyə xərclərini Çin tərəfi çəkib.

Xəbər lenti

Xəbər lenti