...

Londonda saxlanılma zamanı terrorçuluqda şübhəli bilinən şəxs yaralanıb

Dünya xəbərləri Materials 2 İyun 2006 17:32 (UTC +04:00)

Skotland-Yard polisləri saxlanma əməliyyatı zamanı terrorçuluqda şübhəli bilinən şəxsi yaralayıb.

Trend agentliyinin "Novosti" RİA-ya istinadən yazır ki, bu hadisə cümə günü Londonun şərqindəki Forest-qeyt yaşayış rayonunda baş verib. Reyd zamanı plolis əməkdaşları şübhəli bilinən adamlardan birinə atəş açıb.

Nəticədə xəsarət alan şəxs xəstəxanaya çatdırılıb. Verilən məlumata görə, onun aldığı xəsarətlər həyat üçün təhlükəli deyil.

Polis 23 yaşlı digər bir şübhəli şəxsi də həbs edib.

Şahidlərin sözlərinə görə, səhər tezdən evlərin birindən atəş səsləri gəlib və polislər qanlı futbolkada bir adamı küçəyə çıxarıb. Xarici görünüşünə görə o, asiyalı, çox ehtimal ki, pakistanlı olub. Xəsarət alanın şəxsiyyəti haqqında rəsmi məlumat verilməyib.

Ehtimallara görə, reydin obyekti partlayıcı qurğular hazırlayan cizli sex olub.

Xəbər lenti

Xəbər lenti