...

AYİB Astananın nəqliyyat infrastrukturunun inkişafına kömək etməyə hazırdır

Dünya xəbərləri Materials 12 İyun 2006 15:20 (UTC +04:00)

Paytaxtda şəhər nəqliyyatının inkişaf perspektivləri Almatıda Qazaxıstanın hökumət başçısı Danial Axmetovla Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Jan Lemyerin görüşündə müzakirə olunacaq.

Trend agentliyinin Qazaxıstanın hökumət mənbələrinə istinadən yaydığı məlumata əsasən, J.Lemyer əməkdaşlıq etməyə hazır olduğunu bildirərək deyib ki, AYİB bu layihədə operator şirkətin seçilməsinə təsir göstərməyəcək.

Görüş zamanı başqa əməkdaşlıq sahələrinə də toxunulub. Xüsusilə, D.Axmetov hidro-energetika sahəsindəki layihələri perspektivli adlandırıb. Onun sözlərinə görə, bankın rəhbərliyi bu məsələyə baxacaq.

Xəbər lenti

Xəbər lenti