...

V.Putin: Rusiya iqtisadiyyatına yatırılmış xarici investisiyalar 112 mlrd dollara çatıb

Dünya xəbərləri Materials 13 İyun 2006 15:38 (UTC +04:00)

Rusiya iqtisadiyyatına yatırılmış xarici investisiyalar 112 mlrd dollara çatıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda keçirilən X Beynəlxalq İqtisadi Forumda bəyan edib. O qeyd edib ki, bu məbləğ həm birbaşa xarici investisiyaları, həm də portfel xarici investisiyaları özündə birləşdirir.

Trend agentliyinin "RBK"ya istinadən yaydığı məlumata əsasən, prezident qeyd edib ki, Rusiya şirkətləri hazırda yüksək rentabillidir, onlar dünya standartları və şəffaflığa can atır. Eyni zamanda o bildirib ki, Rusiyanın özündə rəqabət şəraiti yaradılmadan yerli şirkətlərinin dünya bazarlarında qərabət qabiliyyətliliyi mümkün deyil. Bunun üçün hökumət sahibkarlar üçün yeni imkanlar - xüsusi iqtisadi zonalar, konsessiyalar yaradır. V.Putin həmçinin deyib ki, 2005-ci ildə Rusiyaya qoyulan kapital ölkədən çıxarılan kapitalı üstələyib.

Xəbər lenti

Xəbər lenti