...

Gürcüstanın beynəlxalq təşkilatlara 20 130 000 ABŞ dolları borcu var

Dünya xəbərləri Materials 16 İyun 2006 16:25 (UTC +04:00)

Beynəlxalq təşkilatlarda üzvlük haqqı üzrə Gürcüstanın hazırki borcu 20 130 000 ABŞ dolları təşkil edir. XİN-in rəsmi məlumatlarına görə, Gürcüstan 60-a yaxın beynəlxalq təşkilat və ya konvensiyaların tamhüquqlu üzvüdür.

Trend in KAVKAZ-PRESS-ə istinadən verdiyi xəbərə görə, Gürcüstanın üzvlük haqqı üzrə ən çox borcu - 4 700 000 ABŞ dolları BMT -yədir, ən az borcu isə - 2 000 ABŞ dolları Haaqa Beynəlxalq özəl hüquq konfransınadır.

Gürcüstanın borclu olduğu təşkilatlar sırasında Ümumdünya səhiyyə təşkilatı (WHO) (4337000 ABŞ dolları), YUNESKO (2 758 083 ABŞ dolları), Beynəlxalq əmək təşkilatı (ILO) (2 406 557 ABŞ dolları), Beynəlxalq atom enerjisi agentliyi (IAEA) (835 856 ABŞ dolları), ATƏT (868 753 ABŞ dolları) də var. Eyni zamanda qəzetdə göstərilir ki, Gürcüstan bu təşkilatlara borcunu mərhələlər üzrə, tərtib olunmuş qrafikə əsasən ödəyir.

Bəzi təşkilatlarla ödəniş qrafikinin tərtib olunması üzrə məsləhətləşmələr aparılır. Onların arasında Beynəlxalq telekommunikasiya təşkilatı (ITLI) (888 864 ABŞ dolları) və Ümumdünya poçt rabitəsi (UPU) (263 278 ABŞ dolları) var. Gürcüstanın üzvlük haqqları üzrə MDB icra komitəsi qarşısında borcu 856 min ABŞ dolları, MDB antiterror mərkəzi qarşısında borcu isə 49 483 ABŞ dollarıdır.

Xəbər lenti

Xəbər lenti