Rusiyanın Axalkalakidəki hərbi bazasına məxsus texnikadan ibarət növbəti eşelon iyunun 20-də Azərbaycan ərazisi ilə RF-yə yola salınıb.
Müdafiə Nazirliyindən Praym-Nyusa verilən məlumata görə, çərşənbə axşamı saat 9.00-da Tsalka dəmiryol stansiyasından Azərbaycan istiqamətində 14 platformadan ibarət eşelon yola salınıb.
Platformalarda "Ural", "Qaz-66", "Zil-131" yük avtomobilləri, zirehli avtomobilər, tırtıllı zirehli dartıcılar olub.
Rusiya hərbi texnikası ilə yüklənmiş 14 plaftormadan ibarət eşelon ötən bazar günü də Rusiyaya yola salınıb.
Eşelonda 21 ədə hərbi texnika daşınıb.
Növbəti eşelon iyunun 27-də göndəriləcək. Bu barədə Trend xəbər verir.