...

İran uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaq tələbini yenə də rədd edib

Dünya xəbərləri Materials 23 İyun 2006 15:28 (UTC +04:00)

İran nüvə problemi üzrə danışıqların başlanması üçün ilkin şərt kimi ona təqdim olunmuş uranın zənginləşdirilməsi üzrə işləri dayandırmaq tələbini yenə də rədd edib. Bununla yanaşı Tehran istisna etmir ki, belə moratorium həmin danışıqların nəticəsi ola bilər. "İran uranın zənginləşdirilməsi üzrə işlərin dayandırılma ehtimalını danışıqlar üçün ilkin şərt kimi deyil, ən yaxşı halda danışıqların nəticəsi kimi qəbul edir", - deyə İslam Respublikasının milli təhlükəsizliyi Ali şurasının katib müavini Cavad Vaidi bildirib. Trend in verdiyi xəbərə görə, İran nümayəndəsinin bu sözləri onun sağ Avstriya Azadlıq partiyasının dəstəyi ilə keçirilən Vyana tədbirindəki çıxışının yazılı tərcüməsində verilib. "İlkin şərtlərsiz danışıqlar həm İranın, həm də "Avropa üçlüyünün" narahatçılığına səbəb olan böhranın din yolla nizama salınması üçün yeganə yoldur", - deyə C.Vaidi qeyd edib. "Avropa üçlüyü" dedikdə, o, çox ehtimal ki, Avropa Birliyi adından Tehranla danışıqlar aparan Fransa, Böyük Britaniya və Almaniyanı nəzərdə tu
tub.

İndi Tehran ona təqdim olunmuş nüvə probleminin tənzimlənməsi üzrə beynəlxalq təşəbbüslər paketini öyrənir. İran prezidenti Mahmud Əhmədi Necad cari ilin avqust ayının ortalarında Qərbin təklifinə cavab verəcəyinə vəd verib. Lakin ABŞ cavabı 2006-cı ilin sonunda, "böyük səkkizliyin" iştirakçı ölkələrinin liderlərinin sammiti ərəfəsində baş tutacaq "böyük səkkizlik" xarici işlər nazirlərinin görüşündə almaq istəyir.

Xəbər lenti

Xəbər lenti