...

Aktauda güc strukturlarının beynəlxalq seminar – müşavirəsi öz işinə başlayıb

Dünya xəbərləri Materials 23 İyun 2006 15:52 (UTC +04:00)

Bu gün Aktauda həmsərhəd dövlətlərin hüquq-mühafizə orqanlarının iştirakı ilə Qərbi Qazaxıstanın güc struktarlarının seminar - müşavirəsi öz işinə başlayıb.

Trend in KAZİNFORM-a istinadən verdiyi xəbərə görə, "İqtisadi qaçaqmalçılıq, qeyri-qanuni silah və narkotik vasitə dövriyyəsi haqqında cinayət işlərinin aşkar edilməsi və araşdırılması üzrə Aktau, Manqıstau, Qərbi Qazaxıstan, Atırau vilayətlərinin və Qərbi nəqliyyat regionunun hüquq-mühafizə orqanlarının qarşılıqlı münasibəti haqqında" beynəlxalq seminar-müşavirənin işində Baş prokurorluğun mərkəzi aparatının, MTK, DİN, prokurorluq orqanları və adı çəkilən regionların digər hüquq-mühafizə orqanlarının, həmçinin Rusiya, Azərbaycan, Türkmənistan və Özbəkistan Respublikaları hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edir.

Forum proqramı çərçivəsində "Sərhədyanı vilayətlərdə qanunsuz silah dövriyyəsi ilə mübarizənin təşkili", "İqtisadi qaçaqmalçılıq və gömrükyanı kriminalizasiya ilə mübarizədə hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqə məsələləri", "İqtisadi qaçaqmalçılıq haqqında işlərin aşkar olunması və tədqiqi zamanı polis və gömrük nəzarəti orqanlarının qarşılıqlı əlaqəsi üzrə ayrıca məsələlər", "Qaçaqmalçı yükün hava, dəmiryolu və dəniz nəqliyyatı vasitəsilə daşınmasının qarşısının alınması üzrə hüquq-mühafizə orqanlarının qarşılıqlı əlaqəsi" və başqa məruzələr dinləniləcək.

Sonda birgə tövsiyyələr müzakirə ediləcək və oxunacaq. Nümayəndə heyətinin üçgünlük səfər proqramı çərçivəsində onlar Aktaunun dəniz limanını, "MAEK -Kazatomprom" Manqışlaq atom enerji kombinatını, Fort-Şevçenko şəhərindəki muzeyini, tarixi abidələri ziyarət edəcəklər.

Xəbər lenti

Xəbər lenti