...

Vladimir Voronin: "Rusiya Dnestryanı problemin həllində siyasi iradənin olmadığını nümayiş etdirir"

Dünya xəbərləri Materials 24 İyun 2006 11:23 (UTC +04:00)

"Rusiya Dnestryanı problemin həllində siyasi iradənin olmadığını nümayiş etdirir". Bu barədə Brüsseldə xarici jurnalistlərlə görüşündə Moldaviya prezidenti Vladimir Voronin bəyan edib. O qeyd edib ki, Rusiya Dnestryanı problemin nizamlanmasına və bu regiondan rus qoşunlarının çıxarılmasına dair "ciddi qərara" dəlalət etməyən təkliflər irəli sürür.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, V.Voronin vurğulayıb ki, Dnestryanı münaqişə siyasi maraqların münaqişəsidir. Çünki regionda eyni cür, eyni dinə etiqad edən insanlar yaşayır. Həm bütün Moldaviya ərazisində, həm də sadə vətəndaşlar səviyyəsində gərgin vəziyyət yoxdur.

Prezident Dnestryanı və Kosovo, Çernoqoriya, Osetiya və Abxaziya arasında istənilən paraleli istisna edib. O qeyd edib ki, bu münaqişələri insanların ümidsizliyi və qurbanların uşaqlar və qocalar olması birləşdirir.

V.Voronin danışıqların formatının genişləndirilməsini, sərhədlərin təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirləri qeyd edərək xatırladıb ki, son illər ərzində Moldaviya hökuməti ölkənin reiqteqrasiyası yolunda mühüm addımlar atıb.

Xəbər lenti

Xəbər lenti