...

Vladimir Putin Türkiyə prezidenti ilə danışıqlar aparacaq

Dünya xəbərləri Materials 29 İyun 2006 15:00 (UTC +04:00)

İyunun 29-da Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Əhməd Necdət Sezərlə danışıqlar aparacaq.

Trend in məlumatına görə, Ə.N.Sezər Rusiya paytaxtına ilk rəsmi səfərlə çərşənbə günü gəlib. Bu barədə "Qolos Rossii" xəbər verir.

Tərəflər iqtisadi, ilk növbədə enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir. Bundan başqa, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət, Kipr problemi və terrorçuluqla mübarizə məsələləri dialoqun predmeti olacaq. Türkiyə mətbuatı bu səfəri iki ölkənin yaxınlaşması yolunda tarixi addım adlandırır.

Xəbər lenti

Xəbər lenti