...

Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndə heyəti Tiflisə gəlib

Dünya xəbərləri Materials 29 İyun 2006 16:08 (UTC +04:00)

Böyük Britaniya Müdafiə Nazirliyinin 3 nəfərdən ibarət nümayəndə heyəti 5 günlük səfərlə Tiflisə gəlib. Nümayəndə heyətinə təhlükəsizlik sektorunun inkişafı məsələləri üzrə məsləhətçilər qrupunun sədr müavini Devid Klark rəhbərlik edir.

Müdafiə Nazirliyindən Praym-Nyusa verilən məlumata görə, nümayəndə heyətinin üzvləri müdafiə nazirinin müavini Mamuka Kudava ilə görüşüb.

Görüş Gürcüstan-Britaniya ikitərəfli əməkdaşlıq proqramı çərçivəsində keçib.

Səfərdə məqsəd şəxsi heyəti idarəetmə sisteminin yaxşılaşdırılmasında Gürcüstanın Müdafiə İdarəsinə kömək etməkdən, o cümlədən iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq planının müzakirəsindən ibarətdir. Bu barədə Trend xəbər verir.

Xəbər lenti

Xəbər lenti