...

Rusiya birja ittifaqı: RF-də neft birjasının yaradılması zamanı dövlətin iştirakı olmadan keçinmək olmaz

Dünya xəbərləri Materials 11 İyul 2006 15:19 (UTC +04:00)

RF-də neft birjasının yaradılması zamanı dövlətin iştirakı olmadan keçinmək olmaz. Bu fikri Moskvada əmtəə aktivlərinin birja ticarətinin inkişafına həsr olunmuş konfransda çıxış edən Rusiya birja ittifaqının prezidenti Anatoli Qavrilenko bildirib. "Belə bir illüziya mövcuddur ki, normativ bazanın yaradılması ilə kifayətlənmək olar, sonra isə bazar özü hər şeyi quracaq", - deyə o bildirib və qeyd edib ki, neft və neft məhsullarının birja ticarətinin təşkilinə dövlət ehtiyatlarını cəlb etmək lazımdır.

Trend in verdiyi xəbərə görə, neft və neft məhsullarının birja ticarətinin başlanmasına əngəl törədən amillər arasında o, bu profilli mütəxəssislərin çatışmaması, normaitv bazanın olmaması, həmçinin öz vəsaitləri hesabına ticarət meydançaları yaratmağa can atan şirkətlərin lovğalıqlarını qeyd edib.

Xəbər lenti

Xəbər lenti