...

YTB və "Bizim Ukrayna" yeni koalisiyanın qanunsuzluğu haqqında iddia qaldırıb

Dünya xəbərləri Materials 12 İyul 2006 16:45 (UTC +04:00)

Yuliya Timoşenko Bloku və "Bizim Ukrayna" Ali Radada Regionlar Partiyası, Sosialitst və Kommunist partiyalarından ibarət koalisiya çoxluğunun yaradılmasının qanunsuzluğu haqqında Kiyevin Peçerski məhkəməsinə iddia ilə müraciət edib.

"Belə iddialar həqiqətən daxil olub, qeydiyyata alanıb və baxılmasına hazırlıq gedir" - deyə məhkəmədən "Novosti" RİA-ya xəbər verilib.

Məhkəmə nümayəndəsinin sözlərinə görə, Yuliya Timoşenko Blokundan bir neçə ərizə, "Bizim Ukrayna"dan isə 1 ərizə daxil olub.

Trend "Novosti" RİA-ya istinadən xəbər verir ki, "narıncı" koalisiyanın buraxılmasının qanunsuzluğu və yeni antiböhran çoxluğunun formalaşdırılmasının, eləcə də Aleksandr Morozun Radanın spikeri seçilməsi və digər məsələlərin qanunsuzluğu əsaslandırılır.

Bu arada A. Moroz prezident Viktor Yuşenko ilə görüşdən sonra bəyan edib ki, " Peçerski məhkəməsinə böyük təzyiq göstərilir" ki, yeni koalisiyanın yaradıldığı 7 iyul tarixindən bəri parlamentin fəaliyyətini qanunsuz elan etsin.

Xəbər lenti

Xəbər lenti